Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-07-2023 , 17:12

4407

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Paytaxtın qurumuş ağacları: problemi hansı orqan yaradır?

“Paytaxtın mərkəzində köküstə qurumuş ağac aşaraq bir nəfərin üzərinə düşüb. Yaxınlıqdakı insanlar yaşlı sakinə ilkin tibb yardım göstəriblər.”

Bu iki cümləlik məlumat əslində paytaxtda quru ağacların götürülməsiylə bağlı ciddi problemin olduğunu bir daha  ortaya qoymuş oldu. Yəni quru ağacların götürülməsiylə bağlı problemin həllində, xüsusəndə  Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin bir növ yarıtmaz işini ortaya qoymuş oldu.

Belə ki, qurumuş ağacların götürülməsiylə bağlı prosedur qaydalarının mənasız şəkildə uzadılması, üstəlik yazışmaların aylarla davam etməsi nəticədə belə hadisələrin baş verməsinə səbəb olur.  Dövlət  Ekoloji Ekspertiza Agentliyi bütün müraciətlərin həllini özü deyil, başqa qurumların üzərinə atmağa üstünlük verməsi təəssüf hissi doğurur.

Qurumuş ağacla bağlı müraciətə dərhal cavab verilir ki,  xüsusi komissiya yaradılmalı və bu ağacın hansı səbəbdən quruması müəyyən edilməlidir. Olsun. Yəni ola bilər ki, həqiqətən kimsə obyektini və mənzilini böyütmək istəyir, ancaq hansısa ağac buna imkan vermir. Çıxış yolu kimi, sakinin  ağacı müxtəlif turşularla qurudaraq istəyinə nail olması da reallıqdır.  Agentlik bu tələbində bir növ haqlıdır.

Amma gəlin unutmayaq ki, istənilən  halda əgər kimsə mənzilini və obyektini boyütmək  istəsə, digər orqanlarla yanaşı agentliyin təmsilçiləri də “unudulmur” və bildiyim qədər mümkün qədər  “ yola verilir”.  Bunu 7-dən 77- yə hər kəs bilir.

Bu arada bir məqama daha diqqətlə yanaşılmalıdır. Yəni ilk növbədə köküstə qurumuş ağacın bütün  hallarda hansı orqan tərəfindən  əkilməsi və ya  özbaşına bitməsi müəyyən edilməlidir. Bu gün paytaxtın elə küçə və ya binası yoxdur ki, orda  özbaşına   “rus şamı” deyilən oyleandr  ağacı bitməmiş olsun. Ağacın hansısa kiçik budağını  quş dimdiyindən saldığı yerdəcə bitirsə və sakin olaraq biz də  bu ağacın sürətlə böyüməsini nəzərə almayıb göz yumuruqsa, nəticədə illər sonra ciddi problemlə üz-üzə qalırıq.  Mətləbdən uzaqlaşmayım.  

Yuxarıda söylədiyim kimi, bəs ağentlyin dediyi komissiyanı kim yaratmalı, ağaca baxışı kim keçirməli, onun hansı səbəbdən quruduğunu kim üzə çıxarmalıdır. Və ya yaxud  binanın bünovrəsində özbaşına bitmiş rus şamı ağacı binanın bünovrəsinə ciddi ziyan vurursa nə etməlyik. Ağentliyin fikrinə qalsa gərək özbaşına bitmiş oyleandr ağacının əvəzinə on ədəd ağac əkilməli, şəkli çəkilib ağentliyə göndərilməli, yalnız ondan sonra binanın bünövrəsinə ziyan vuran ağacın götürülməsi məsələsinə baxıla bilər. Bazardan tutalım on ağac alınıb, bəs on ağacın harada  əkilməsini kim və ya hansı orqan müəyyən edəcək. Bilən varmı.  

Necə olur ki, lazım gələndə vacib hesab etdikləri ağacların götürülməsiylə bağlı qərarı Ağentlik  sürətlə verir, lazım hesab etmədiklərinin isə aylarla ləngidirlər.  Maraqldır deyilmi.

Sözümün canı ondadır ki, vaxtında qəbul edilməyən qərar bir vətəndaşımızın yaralanmasına səbəb oldu. Daha ağır nəticələr də ola bilərdi.   Bu günədək köküstə qurumuş, təhlüklə vəziyyətlə üz-üzə qalan onlarca ağac neçə-neçə şəxsin minik maşınına ciddi ziyan vurub.  

Və digər məqam isə, fors-major hal baş verəndə qərar verənlərin  “sudan quru çıxmaqla”, bütün məsuliyyəti bələdiyyənin üzərinə atmağı bacarmasıdır. 

Düşünmək olar ki, nazirlik rəsmiləri  ölkə başçısının nazirliklə bağlı söylədiklərindən nəticə çıxararaq koküstə qurumuş ağacların və ümumiyyətlə götürülməsi və ya budanmasına ehtiyac olan ağaclarla bağlı prosesi sadələşdirəcək, ən əsası bu sahədə süni şəkildə yaranan problemlər tezliklə aradan qaldırılacaqdır.

Hər halda Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə yanaşı əsas yük və məsuliyyət  Ekologiya və Təbii sərvətlər Nazirliyinin müvafiq qurumlarının üzərinə düşür. İnanıram ki, tezliklə bu sahəyə cavabdeh orqanlar, başda da  Ekologiya və Təbii sərvətlər Nazirliyinin müvafiq qurum rəsmiləri  olmaqla problemin aradan qaldırmaqla bağlı öz mövqelərini ortaya qoyacaqlar.  

Vüqar Tofiqli

P.S. Yazı da adıçəkilən qurumların fikirlərini saytda yerləşdirməyə hazırıq.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bir yubileyin yaratdığı əks-səda  

Gündəlik Xəbərlər
16-11-2024
241

Söhbət o insandan gedir ki,...

Gündəlik Xəbərlər
13-11-2024
257

Gənclər Mərkəzi bu rayonlarda tədbir keçirib - FOTO

Gündəlik Xəbərlər
06-11-2024
222

Eldar Əzizov Bağırov körpüsündə 

Gündəlik Xəbərlər
26-10-2024
264